“Milliön” yeni əsginasları niyə qəbul etmir? backend

“Milliön” yeni əsginasları niyə qəbul etmir?

Yaxın günlərdə bütün “Milliön” ödəmə terminalları dövriyyəyə buraxılan yeni əsginasları qəbul edə biləcək.

Bu barədə ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib. O bildirib ki, bunun üçün artıq əksər aparatlara proqram təminatı yüklənib:

“Ölkə ərazisində 3 000-ə yaxın ödəmə terminalı var. Biz ödəmə terminallarına sürətli şəkildə bu proqram təminatını yükləyirik”.