Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.
Qeyd edək ki, komissiya indiyə qədər 550-dən artıq müraciətə baxıb.