Təhsil işçilərinin vaksinasiyası ilə bağlı açıqlama

Təhsil işçilərinin vaksinasiyası ilə bağlı açıqlama backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin peyvənd olunması məsələsini şərh edib.

APA-nın məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya könüllüdür, amma zəruri olaraq keçirilməsi vətəndaş məsuliyyəti və peşə təəssübkeşliyinə görə olmalıdır: “Vaksinasiya olunan şəxslər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya olmur. Göstəricilərə uyğun vaksinasiya olunur. Dövlətin yaratdığı imkandan istifadə etməliyik”.

Qeyd edək ki, bu gündən müəllimlərin vaksinasiyasına başlanılıb.