Ağstafada 400 ailəyə bayram sovqatı verilib

Ağstafada 400 ailəyə bayram sovqatı verilib backend

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə 400 ailəyə bayram sovqatı paylanılıb.



Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bayram sovqatı Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinə, şəhid ailələrinə və eləcə də, rayonun aztəminatlı ailələrinə verilib.