Tarixçi alim Dilavər Əzimli dünyasını dəyişdi

Tarixçi alim Dilavər Əzimli dünyasını dəyişdi backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli koronavirusdan dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milliyətçi Demokratik Partiyasının (AMDP) sabiq sədri Qələndər Muxtarlı sosial şəbəkə vasitəsilə yayıb.

Sitat: “Dostlar, çox üzücü xəbər gəldi. Tələbə yoldaşımı, Milli Azadlıq hərəkatından birgə yol gəldiyim, Dilavər Əzimlini, Azərbaycanın nurlu bir alimini, fədakar millət oğlunu itirdik. Millətimizin başı sağ olsun!”

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

Allah rəhmət eləsin!
Diaspora