"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir".
Qaziler.az-ın xəbərinə gərə, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilib."Azərişıq" ASCistehlakçıları belə məlumatlara inanmamağa çağırıb: “Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.