Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.

Diaspora