Muxtar respublikada kənd təsərrüfatı məhsullarının ixracı artırılır

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının ixracı artırılır backend

Bu ilin altı ayında muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 208 milyon 291 min 100 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 184 milyon 420 min 600 ABŞ dollarını ixrac, 23 milyon 870 min 500 ABŞ dollarını idxal təşkil edib.

QAZILER.AZ saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi 5,3 faiz artıb, idxalın həcmi isə 58,4 faiz azalıb.

Ümumi ixracın 145 milyon 857 min 200 ABŞ dollarını sənaye məhsulları, 38 milyon 563 min 400 ABŞ dollarını isə kənd təsərrüfatı məhsulları təşkil edib.

İxrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çox olub. Ümumiyyətlə, 2015-ci ilin birinci yarım ilində 875,3 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 690,1 ton meyvə və tərəvəz məhsulları ixrac edilib.

Qeyd edək ki, 2014-cü ilin müvafiq dövründə ixrac qismində göndərilən kənd təsərrüfatı məhsullarının həcmi cəmi 125,1 ton olub.

Son illər həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada sosial-iqtisadi inkişafı təmin edib, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün geniş imkanlar yaradılıb. 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi isə aqrar sahənin inkişafına əlavə stimul verib. Fermer və torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaları və mineral gübrələrlə təminat bu sahəyə marağı artırıb. Artıq muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də xarici ölkələrə ixrac olunur.
Diaspora