“Azərbaycan dili“ mövzusunda ədəbi-bədii kompozisiya təqdim ediləcək

“Azərbaycan dili“ mövzusunda ədəbi-bədii kompozisiya təqdim ediləcək backend

Avqustun 1-də Yasamal istirahət-parkında İ.Əbilov adına mədəniyyət mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan dili" mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunacaq.


Mərkəzin bədii redaktoru Mirəhməd Əsgərov AZƏRTAC-a bildirib ki, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Məhz bu səbəbdən də təşkil olunacaq tədbirdə Azərbaycan dilinin bənzərsizliyindən söz açılacaq.

Tədbirdə mərkəzin "Vurğun" poeziya teatrı, "Şəlalə" rəqs ansamblı və tədbirə dəvət olunmuş incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.
Diaspora