“Gəncə avropalı gənclərin gözü ilə” beynəlxalq foto müsabiqəsinə yekun vurulub

“Gəncə avropalı gənclərin gözü ilə” beynəlxalq foto müsabiqəsinə yekun vurulub backend

Gəncədə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gəncə avropalı gənclərin gözü ilə” beynəlxalq foto müsabiqəsinə yekun vurulub.


QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 11-dən start götürən layihədə Litva, Rumıniya, Polşa, Çexiya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya və Macarıstanın gənc fotoqrafları iştirak ediblər. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncəni Avropada tanıtmaq, Avropa gəncləri ilə yerli gənclər arasında əlaqələr yaratmaq, eləcə də avropalı gəncləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış etmək məqsədilə keçirilən bir həftəlik müsabiqədə 50 ən yaxşı fotoşəkil münsiflər heyəti tərəfindən seçildikdən sonra təqdimatı keçirilib.

Seçilmiş 50 ədəd ən yaxşı fotoşəklin müəllifləri “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin diplomları ilə təltif olunub.
Diaspora