ABŞ-da Suriyadakı dəhşətləri əks etdirən fotosərgi açılıb

ABŞ-da Suriyadakı dəhşətləri əks etdirən fotosərgi açılıb backend

ABŞ –ın Konqreslər binasında foto sərgi açılıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Suriya ordusunda xidmət edən "Sezar" ləqəbi ilə tanınan polisin çəkdiyi 50-dək işgəncə dolu fotolardan ibarət sərgi böyük maraqla qarşılanıb. Binanın daxilində yerləşən Soyqırımı Muzeyində nümayiş olunan sərgidə Respublikaçılar partiyasından olan tanınmış siyasətçilərlə yanaşı, bir sıra adi vətəndaşlar da iştirak ediblər.

Daha sonra bu işgəncə dolu fotolar Brüsseldə yerləşən Avropa Parlament Assambleyasının binasında da nümayiş olunub. Assambleyada təmsil olunan bir sıra deputatların iştirak etdiyi foto sərgidə Suriyada hakim qüvvələrin vətəndaşlara qarşı şiddətli zülmlərini əks etdirən kadrlar nümayiş olunub. Eyni adlı sərgidə itkin düşmüş suriyalılar dərnəyinin direktoru Moayyad əl- Rəçidlə yanaşı, dərnəyin əməkdaşları da iştirak ediblər.
Diaspora