Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş “Qobu park” yaşayış kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Qazilər.az xəbər verir ki, gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca “JUSTİCE FOR KHOJALY”, “XOCALI” sözləri və soyqırımının baş verdiyi tarixi - 26 02 1992, soyqırımı qurbanlarının sayını - 613, faciədən ötən müddəti ifadə edən - 29 rəqəmləri əks olunub.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") hazırladığı videoçarx Türkiyənin “Sabah” və “Haberglobal” saytları da yayımlayıb.
Teleqraf.com