Qarabağ qaziləri “Ana harayı” abidəsini ziyarət ediblər

Qarabağ qaziləri “Ana harayı” abidəsini ziyarət ediblər backend

“Qarabağ qaziləri” ictimai birliyinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər

Qaziler.az bildirir ki, ”Qarabağ qaziləri” abidənin önünə əklil qoyublar. Bütün şəhidlərin, o cümlədən Xocalı qurbanlarının əziz və unudulmaz xatirəsi yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.

Tədbirdə ”Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev çıxış edərək, Xocalı faciəsinin mahiyyətindən danışıb. O, 44 günlük müharibə zamanı Qarabağın böyük hissəsinin düşmən işğalından azad edildiyini, Xocalı faciəsini törədən erməni canilərinin bəzilərinin cəzalarına çatdıqlarını böyük məmuniyyətlə qeyd edib. Asəf Əliyev bu il xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni məğlub ölkənin deyil, qalib ölkənin vətəndaşı kimi ziyarət etdiyinə görə qürur duyduğunu vurğulayıb. Birlik sədri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın qalan hissəsinin də düşməndən azad edilməsi və Azərbaycana tabe edilməsi yönündə böyük işlər görəcəyinə inandığını, bu məsələdə Qarabağ qazilərinin də həmişə dövlətin və Ali Baş Komandanın yanında olacağını qeyd edib.












Diaspora