Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir.
Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən iyulun 23-də saat 9.00-dan 13.00-dək Saatlı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək İmişli rayon ƏSMM-nin inzibati binalarında, iyulun 24-də saat 9.00-dan 13.00-dək Beyləqan və saat 14.00-dan 18.00-dək Füzuli rayonlarının mərkəzi xəstəxanalarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstəriləcək. Xidmət göstəriləcək şəxslər əvvəlcədən qeydiyyata alınıb və onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunacaqlar.
Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 37 rayon və şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edilib və 1500 nəfərə yaxın şəxsə müvafiq xidmətlər göstərilib.