Bakıda yıxılaraq xəsarət alanların sayı artdı - YENİLƏNİB

Bakıda yıxılaraq xəsarət alanların sayı artdı - YENİLƏNİB backend

Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qaziler.az xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

13.34
Bu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



***11.38

Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

***

10:58

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Diaspora