Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc UNESCO-ya müraciət ünvanlayıb.
Qazilər.az-a daxil olan məlumatda qeyd edilir ki, bu barədə deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı bildirib.“Parlament üzvü kimi Göyçə mahalına, sonra Abbasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm. Qoy UNESCO öz nizamnaməsinə sadiq qalaraq bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin. Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhəddin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir. Əgər humanitar çözüm yolları axtarılarsa, bizim vətəndaşlarımızın müraciətlərini təmin etmək də siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün özlərinin olmadığı torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir. İndi yün minlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb: indiki Ermənistan!”.
Daha ətraflı videoda: