Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, onlardan Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib.Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.