Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.O bildirib ki, müharibədə iştirak edən əməkdaşlardan 10 nəfər zabit olub:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.
Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”. (oxu.az)