Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir. Bu barədə QAZİLER.AZ saytı Müdafiə Nazirliyinə istinadla xəbər verir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.
Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.HƏRBİ TƏYYARƏLƏRİMİZ CƏBHƏ BÖLGƏSİNDƏ

