“İnter”in səfər xərcini AFFA ödəyib

“İnter”in səfər xərcini AFFA ödəyib backend

Bakının "İnter" klubu İslandiyada "Hafnarfyördur" komandası ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa AFFA-nın vəsaiti ilə yollanıb. Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, "bankirlər"in səfər xərcləri klubun Federasiyaya müraciəti əsasında ödənilib.


Nəticədə klub iyulun 14-də çarter reysi ilə səfərə çıxıb. Oyun isə Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə saat 00:15-də başlanacaq.

Xəbəri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu təsdiqləyib. O bildirib ki, "İnter"in gediş-gəlişi üçün xərclənən vəsait Avrokubokda iştirak qarşılığında UEFA-dan kluba ödəniləcək məbləğdən çıxılacaq. M.Nərimanoğlu "İnter"in Avroliqada III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə də eyni şərtlərlə kluba dəstəyin veriləcəyini əlavə edib
Diaspora