Doğan Cücəloğludan həyatınızı dəyişdirəcək 12 MƏSLƏHƏT

Doğan Cücəloğludan həyatınızı dəyişdirəcək 12 MƏSLƏHƏT backend

Yazdığı kitablarla həyatımıza təsir edən psixoloq Doğan Cücəloğlunun unudulmaz sözlərini TurpKimi.com sizin üçün seçərək təqdim edir:

Allah rəhmət eləsin!

1 – Bir ailənin və cəmiyyətin vətəndaşı olacaq bir uşağa edə biləcəyimiz ən böyük pislik onun insan potensialını boşa verməkdir.

2 – Nə özünü, nə də baş verənləri mühakimə et. Nə alqışlanıb öyünmə, nə də özünü pisləyib rüsvay etmə. Çay axır, sən də bu axının fərqində olmağa davam et.

3 – Böyüdüyüm mühitdə uğurlarımın başqaları ilə müqayisə olunduğu zaman müəyyənləşdiyini öyrəndim. Uğurun nəticədə deyil, prosesdə yaşandığını başa düşənə qədər uzun müddət əziyyət çəkdim.

4 – Bir valideynin övladına verə biləcəyi ən böyük hədiyyə, ona hər vəziyyətdə ayağa qalxmağa güc tapmaq qabiliyyəti qazandırmaqdır.

5 – İndiki rahatlığını qurban verə bilməyən şəxs mənalı və güclü gələcək üçün səy göstərməz.

6 – Hər hadisədə öyrənəcəyimiz bir şeylər vardır: ağıllı insan özünü günahlandırmaq yerinə, “bu hadisədən nə öyrənə bilərəm?” deyə düşünər.

7 – İnsan həyatının mənasını firavan yaşamaqda, xüsusi adda tapa bilməz. Yalnız qəlbindəki niyyətin saflığında tapa bilər.

8 – Heç bir kitab və ya seminarların sizə düşündürə bilmədiyi şeyləri, övladınızla etdiyiniz söhbətlər zamanı düşünə bilərsiniz.

9 – İnsanların gözlərinə baxın: bəziləri par-par yanır, bəziləri donuqdur. İnsanların gözlərindəki parlaqlıq daxili aləmlərinin nə qədər var olduqlarını əks etdirir.

10 – İnsan, həyatındakı ən vacib insanın özü, ən vacib şahidin də özü olduğunun fərqinə varmasa, heç vaxt həyatla düzgün münasibət qura bilməz.

11 – Mənim övladım mənim arzularımı gerçəkləşdirmək üçün deyil, öz xəyallarını kəşf edib onları gerçəkləşdirmək üçün yaşamalıdır.

12 – Öz qərarına əhəmiyyət verməyib başqasının qərarını almaq üçün yaşamaq, insanı bədbəxt və mənasız bir həyata aparar.
Diaspora