Rusiyanın Xalq artisti, tanınmış sovet-rus aktyoru Andrey Vasilyeviç Myaqkov 82 yaşında vəfat edib.
Qaziler.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.Aktyorun ölüm səbəbi, nə vaxt və harada dəfn ediləcəyi haqda dəqiq məlumat verilmir. Onun ürək tutmasından vəfat etdiyi güman edilir.
Qeyd edək ki, Andrey Myaqkov “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (Lukaşin), “İşdə məhəbbət macərası” (Novoselsev), “Qaraj” (Xvostov) və s. filmlərdə çəkilib.