Azərbaycan bu yay İsrail ilə 2 milyard dollar məbləğində yeni müqavilə imzalamağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə "Azerbaijani Armed Forces" (AAF) Teleqram kanalı məlumat yayıb.Bildirilib ki, müqavilə 5-7 il ərzində Azərbaycana silah tədarükünü nəzərdə tutur.
Müqavilənin əsas maddəsində Azərbaycana yüksək dəqiqlikli silah növlərinin tədarükü və müharibədə istifadə edilən sursatların boş qalan yerlərinin doldurulması nəzərdə tutulur.