Alimlərimiz təltif edildi

Alimlərimiz təltif edildi backend

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən xəbərə görə, alimlərimiz Anti-Polis universitetinin fəxri professor diplomu ilə təltif ediliblər.

Bu ilin iyul ayında Fransanın Nitsa Şəhərində yerləşən Sofia Anti-Polis Universitetinin Hüquq və Siyasi elmlər fakültəsi ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkil etdikləri ənənəvi yay məktəbi Fransanın Nitsa şəhərində baş tutub.

“İnsan ləyaqəti” mövzusunda keçirilən elmi konfransda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, institutun əməkdaşları fil.e.d. Zöhrə Əliyeva, hüq.e.d. İsaxan Vəliyev və f.d. Elsevər Səmədov elmi məqalələri ilə çıxış ediblər.

Konfrans zamanı Fransa və Azərbaycan alimləri arasında elmi polemika aparılmış, Şərq və Qərb prizmasından problemin ortaq tərəfləri araşdırılmış və ümumi nəticəyə gəlinib. Həmçinin tədbir zamanı Fəlsəfə və Hüquq İnstitutunun direktoru, f.ü.e.d. İlham Məmmədzadə “Müasirlik və Azərbaycan maarifçiliyi kontekstində insan problemi” adlı məruzəsi ilə konfrans iştirakçılarının diqqətini özünə cəlb edib.
Xüsusi olaraq qeyd edək ki, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, f.ü.e.d. İlham Məmmədzadə, institutun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiri, h.ü.e.d. İsaxan Vəliyev, institutun “Xarici əlaqələr” şöbəsinin müdiri, fil.ü.e.d. Zöhrə Əliyeva Sofia Anti-Polis universitetinin fəxri professor diplomu ilə təltif ediliblər.

Diaspora