Həmsədrlər Ceyhun Bayramovla Ayvazyanın görüşü barədə bəyanat yaydı

Həmsədrlər Ceyhun Bayramovla Ayvazyanın görüşü barədə bəyanat yaydı backend

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir:

ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi aparıblar.
Diaspora