Şəhid və qazi ailələri ziyarət olunub

Şəhid və qazi ailələri ziyarət olunub backend

Müdafiə Nazirliyi və “Əsgərə xatirə kitabı” layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.
Diaspora