UEFA-dan “Qəbələ“nin ev oyunu ilə bağlı yekun qərar

UEFA-dan “Qəbələ“nin ev oyunu ilə bağlı yekun qərar backend

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə cavab görüşünü Bakıda keçirəcək.


QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Qol.Az-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisi iyulun 23-də keçirilməli olan "Qəbələ" - "Çukariçki" matçının 8-ci km qəsəbə stadionunda baş tutacağını bildirib.

Buna səbəb Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin Qəbələ şəhər stadionunu cəzalandırması səbəb olub.

Qeyd edək ki, həmin gün Bakıda "İnter" – "Hafnafyordur" matçı da keçiriləcək.
Diaspora