Azərbaycanda İKT sektorunun inkişaf dinamikası yüksəkdir

Azərbaycanda İKT sektorunun inkişaf dinamikası yüksəkdir backend

“Azərbaycan Marketinq Cəmiyyəti” “Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirdiyi araşdırma nəticəsində ölkədə İKT sektorunun inkişaf dinamikasının yüksək olduğunu müəyyən edib və iyulun 15-də araşdırmanın nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə tədbir keçirib.


QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Marketinq Cəmiyyəti”-nin (AMC) idarə heyətinin sədri Nigar Hüseynzadə bildirib ki, AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialı nəzərə alaraq Azərbaycanın

bu sektorda son illər həyata keçirdiyi tədbirlərin nəticələrinin qiymətləndiriləməsi məqsədi ilə sözügedən araşdırmanı keçirib. Araşdırmanın əsas hissəsi olan sorğu respondendtlərin evində üzbəüz müsahibə şəklində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi təsadüfü müəyyənləşdirilib.

Araşdırmanın nəticələrinə əsasən ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 72 faizdir ki, bu göstəricilərə əsasən Azərbaycan dünya orta göstəricilərinin 1,8 dəfə üstələyir. Ev təsərrüfatlarının 71 faizinin internetə çıxışı vardır və istifadəçilərin 84 faizi ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulur.

N.Hüseynzadə bildirib ki, dünyada, o cümlədən də Azərbaycanda yüksək sürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricilərin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq sahəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırlıması istiqamətində əldə olunan inkişafdan xəbər verir. Ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə potensial formalaşıb.
Diaspora