Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin konfrans zalında rayon mədəniyyət işçilərinin təcrübəli jurnalistlərlə görüşü təşkil olunub.
QAZİLER.AZ saytının AZƏRTAC-a istinadən xəbərinə görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Laiq Qələndərli milli mətbuatın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin də bu sahəyə diqqət və qayğısı çox böyükdür.Daha sonra çıxış edən qocaman jurnalist, "Ağstafa" qəzetinin əməkdaşı Firdovsi Heydərli öz zəngin həyat və peşə təcrübəsindən geniş söhbət açıb. Bu sahənin xüsusiyyətlərindən danışıb. Yazıçı-şair Saqif Qaratorpaq Azərbaycanda mətbuata və mətbuat işçilərinə yaradılan şəraitdən danışıb.
Qeyd edib ki, bu gün mətbuat işçiləri və mətbuat orqanları dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunublar. Diskussiya xarakterli görüş fikir mübadiləsi ilə başa çatıb.