“Qarailanı tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün”

“Qarailanı tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” backend

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 6 il əvvəl PKK tərəfindən qaçırılan və İraqın şimalında saxlanılan 13 Türkiyə vətəndaşının qətlə yetirilməsinə sərt münasibət bildirib.

Qaziler.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu hazırda İraqın Şimalında PKK terror təşkilatına qarşı aparılan “Pəncə Qartal-2” əməliyyatına dair paylaşım edib.

“Haber Global”ın məlumatına görə, nazir “Twitter” hesabında terrorçuların fəaliyyəti barədə sərt ifadələr işlədib.

“Murat Qarailanı tutub min yerə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, altı il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda saxlanılan 13 övladımız alçaqcasına qətl edilib. Bundan sonra hələ də PKK-nı dəstəkləyənlər var.

“PKK ilə eyni açıqlamaları verən və utanmayan, eyni ilanlara sahib çıxan heysiyyətsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin cavabı verildi, veriləcək”, - deyə S.Soylu əlavə edib.

Diaspora