Cəbhə bölgəsində yerləşən rayonlardan olan uşaqlara yay düşərgəsi təşkil ediləcək

Cəbhə bölgəsində yerləşən rayonlardan olan uşaqlara yay düşərgəsi təşkil ediləcək backend

Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarında yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olduqca əhəmiyyətli məsələdir. Bu məqsədlə ötən il Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlardan olan uşaqlar üçün yay düşərgəsi təşkil edilib.


Bu istiqamətdə işin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın olan Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan uşaqlar üçün iyulun 20-dən avqustun 3-dək Bakının Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində növbəti yay düşərgəsinin təşkilini planlaşdırır. Düşərgə qeyd edilən rayonların Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması və digər sahələrdə uşaqların imkanlarının artırılması nəzərdə tutulub.
Diaspora