Milli Oftalmologiya Mərkəzi kitabxanada humanitar aksiya keçirib

Milli Oftalmologiya Mərkəzi kitabxanada humanitar aksiya keçirib backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən humanitar aksiya keçirilib.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə maarifləndirmə tədbiri təşkil olunub. Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinin əməkdaşı Mətanət Əfəndiyevanın “Göz xəstəliklərinin profilaktikası” adlı məruzəsi dinlənilib. Qeyd olunub ki, bəzi dərmanların uzun müddət qəbulu göz xəstəliklərinin inkişafına yol aça bilər. Bu səbəbdən belə dərman preparatları yalnız həkimin təyinatı ilə qəbul edilməlidir. Məruzədə kompyuterdən uzun müddət istifadə nəticəsində yaranan göz xəstəliklərdən də bəhs olunub. Bildirilib ki, yaxıngörmədən əziyyət çəkən insanın uzun müddət kompyuterdə işləməsi onun görmə qabiliyyətini daha da zəiflədir. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişaf riski kompyuterdə uzun müddət işləyən insanlarda daha yüksək olur.

M.Əfəndiyeva dinləyicilərin suallarını cavablandırıb, göz sağlamlığının qorunması qaydalarına dair onlara tövsiyələrini verib.

Daha sonra müayinə aksiyasına başlanılıb. Milli Oftalmologiya Mərkəzinin peşəkar həkimlərdən ibarət briqadası müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş xüsusi otaqda kitabxananın və AMEA-nın digər müəssisələrinin əməkdaşlarının gözlərini müayinə edib. Müayinə zamanı lazımi məsləhətlər verilib.
Diaspora