Daha bir şəhidimiz dəfn edildi - FOTO

Daha bir şəhidimiz dəfn edildi - FOTO backend

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Bəxtiyar İlqar oğlu Aslanovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

B.Aslanovun nəşi ailəsinin istəyi ilə Goranboy rayon, Balakürt kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!
Diaspora