Qənirə Paşayeva şəhid Vüqarın atası ilə görüşdü

Qənirə Paşayeva şəhid Vüqarın atası ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Xatınlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Vüqar Əmrahovun atası Mübariz Alhüseyn oğlu Əmrahovla Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

Şəhid atası ilə ürək sözlərini bölüşən Komitə sədri, ona işğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürünü bildirib: "Tarixi zəfərə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Vüqar müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət qulluqçusu idi. O, Murovdakı strateji yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərə şəhid olub. Onun kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm"!

Şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim olunub.
Diaspora