MilliÖn terminllarından "Azərişıq" üzrə qeyri-əhali ödənişi zamanı əlavə 1 AZN ödəniş olunmalıdır.
Qazilər.az xəbər verir ki, şirkət bu gün yayılan məlumatlara münasibət bildirib. Qeyd olunub ki, bu əlavə ödəniş əhalinin işıq pulu ödənişlərinə aid deyil:"Bu, yalnız qeyri-əhali, yəni restoran, mağaza, fabrik, zavod və s. kommersiya obyektlərinə aiddir. Məlumat üçün bildiririk ki, əlavə ödəniş “Azərişıq” ASC tərəfindən deyil, MilliÖN tərəfindən tətbiq edilir".