Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.
Qazilər.az xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək.Məruzə parlamentin Regional məsələlər komitəsinin fevralın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Deputatlar komitə iclasında “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında da müzakirələr aparacaqlar.