Erməni istehsalı olan PUA-lar niyə Qarabağda praktik olaraq istifadə edilmədi?

Erməni istehsalı olan PUA-lar niyə Qarabağda praktik olaraq istifadə edilmədi? backend

Ermənistan istehsalı olan pilotsuz uçuş aparatlarının geniş miqyaslı istifadə edilməməsi, onların kütləvi istehsalının olmaması ilə əlaqədardır.

Ermənistanın yüksək texnologiya sənayesi naziri Hakob Arşakyan 9 fevralda jurnalistlərlə görüşündə belə deyib.

O, zərbə və kəşfiyyat PUA-larının inkişafı və istehsalı çərçivəsində maliyyələşdirmə layihələrinin qəbul edildiyini və bunların bəzilərinin üzərində işlərin artıq başa çatdığını da əlavə edib.

Arşakyana görə, hər iki tip PUA üçün Ermənistan istehsal gücünə çatmalıdır, məsələn, hazırda zərbə dronları sınaqdan keçirilir. “Seriya sifarişləri yalnız kəşfiyyat PUA-ları üçün verilə bilər, çünki 2020-ci ildə bütün hazırlıq işləri onların üzərində aparılıb. Digər sahələrdə sifarişlər yalnız 2021-ci ildə verilə bilər. Parametrləri ilə rəqiblərindən geri qalmayan kəşfiyyat PUA-ları Qarabağda istifadə edilib. Testlərdən keçməyən, lakin hazır olan PUA-lar da istifadə edilib”,- deyə Hakob Arşakyan qeyd edib. (moderator.az)
Diaspora