Bakıda daha bir küçənin təmirinə başlanıldı

Bakıda daha bir küçənin təmirinə başlanıldı backend

Bakının Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsinin təmirinə başlanılıb.


QAZİLER.AZ saytı xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.

Küçənin uzunluğu 600 metr, eni isə 16 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 9500 kvadrat metr ərazisinə yeni asflat-beton örtüyü döşəniləcək.

A.Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılacaq. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Diaspora