Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər yayıb.
Qazilər.az xəbər verir ki, video nazirliyin tvitter səhifəsində paylaşılıb.“Qəhrəman tankçı və topçularımız hədəfləri dəqiq zərbələrlə məhv edir”, - nazirlikdən bildirilib.
“Kış-2021 Türkiye-Azerbaycan Birleşik Müşterek Tabur Görev Kuvveti Tatbikatı”na katılan kahraman tankçılarımız ve topçularımız hedefleri tam isabetle imha ediyor. #KIŞ2021