Sənədli filimdə üç Qazi - İlham Məhərrəmovun (əlil arabasına məhkumdur), Rauf Qəmbərov (döyüşlərdə hər iki gözünü və bir ayağını itirib) və Elnur Əkbərov (Vətən müharibəsində bir qolunu itirib) döyüş yolundan bəhs edilir.
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” adlı sənədli filminin hazırlanmasında əsas məqsəd Dövlət siyasətinə uyğun olaraq Qarabağ döyüşlərində iştirak edən Qazilərin qəhrəmanlıqlarının geniş ictimaiyyətə çatdırılması, gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.Layihə çərçivəsində 33 dəqiqəlik film çəkilib. Sənədli filimdə üç Qazi - İlham Məhərrəmovun (əlil arabasına məhkumdur), Rauf Qəmbərov (döyüşlərdə hər iki gözünü və bir ayağını itirib) və Elnur Əkbərov (Vətən müharibəsində bir qolunu itirib) döyüş yolundan bəhs edilir. Onların şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.
Eyni zamanda, bu üç qazinin problemlərinin həllində dövlətin gördüyü işlər də təbliğ edilir. Filmdə sözləri Dilarə Şahidə və bəstəsi Nailə Mirməmmədliyə aid olan “Qazilər marşı” Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında səsləndirilir. Filmdə hərbi vətənpərvərlik musiqilərinin verilməsi milli ruhun yüksəldilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Bu gün gənc nəsil xarici filmlərin təsiri altında uydurulmuş qəhrəman obrazları, yad mədəniyyətlərin təsiri altında böyüməkdədir. Azərbaycanın gerçək qəhrəmanlarının tanıdılması, gənc nəslin bu qəhrəmanları örnək götürərək əsl vətənpərvər olaraq yetişməsi layihənin hədəf olaraq gördüyü əsas vəzifələrdən biridir.
Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.