Ayaqlarını itirən Qarabağ qazisi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ

Ayaqlarını itirən Qarabağ qazisi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ backend

İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi üçün qısa zamanda protez hazırlanacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi İkinci Qarabağ müharibəsinin qazisi Alxasov Camal İlqar oğlu mərkəzə dəvət edib:

“Qazimiz müayinə olunub və hazırlanacaq protez üçün ölçü götürülüb. Qısa zamanda qazimiz üçün yüksək texnologiyalara cavab verən protez hazırlanaraq ona təqdim ediləcək”.

Məlumatda o da qeyd olunub ki, qazimizin əlillik dərəcəsinin müəyyən olunması istiqamətində də tədbirlər görüləcək:

“Onun əlillik dərəcəsinin müəyyən olunması və həmin dərəcəyə uyğun şəkildə ödənişlərin, eləcə də sosial ödənişlərin təmin edilməsi həyata keçiriləcək”.