Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıb? - AÇIQLAMA

Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıb? - AÇIQLAMA backend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Komitədən Qaziler.az-a bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:

“Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.