“Bu gün könüllü şəkildə qeydiyyatda olduğum poliklinikaya gedərək COVID-19-a qarşı peyvənd olundum. Hazırda özümü yaxşı hiss edirəm”.
Qazilər.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.O bildirib ki, ikinci doz peyvəndi martın 6-da vurduracaq: “Digər vətəndaşlarımıza da peyvənd olunmağı tövsiyə edirəm”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Bu gündən etibarən isə Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsinə başlanılıb.
Xatırladaq ki, F.Ağamalının 74 yaşı var.