Murad Dadaşov Xalq artisti Ramiz Əzizbəyliyə baş çəkib.
Yenisabah.az xəbər verir ki, bu haqda Xəzər TV-nin baş direktoru özü məlumat verib.O, Xalq artisti ilə fotosunu sosial şəbəkədə paylaşaraq “Əzizimiz Ramiz Əzizbəylinin yanında idim. Söz verdi ki, Allahın köməyi ilə düzələn kimi birinci bizə qonaq olacaq”, - sözlərini yazıb.
Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda, qanqrena səbəbindən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
