“Cəbrayılda gördüyümüz mənzərə çox üzücü və dəhşətlidir”.
“Report”un işğaldan azad olunan ərazilərə ezam olunan müxbirinin verdiyi xəbərə görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.“Cəbrayıla səfərimiz zamanı gördük ki, insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar. Bu, insanlıqdan kənar hərəkətdir”,- səfir bildirib.