İctimai Televiziyanın İnformasiya departamentinin böyük redaktoru, Qarabağ müxbiri Şöhrət Eyvazov 10 günə yaxındır ki, Covid-19 virusuna yoluxub.
Qazilər.az-ın əldə etdiyi məlumata görə jurnalist xəstəliyi əvvəlcə yüngül keçirsə də, son günlər bədənin hərarətində artım müşahidə edildiyi üçün Yeni Klinikaya gətirilib. Hazırda səhhətinin stabilləşməsi üçün lazımi tədbirlər görülür.Onunla əlaqə saxlayarkən xəstəxana şəraitinin normal olduğunu, həkimlərin əllərindən gələni etdiklərini vurğuladı.
Həmkarımıza Allahdan şəfa diləyir, tezliklə sağalıb fəaliyyətinə davam etməsini arzulayırıq.
Qeyd edək ki, Şöhrət Eyvazov, həm də I Qarabağ müharibəsi veteranı və ehtiyyatda olan kapitandır. Artıq 20 ildir hərbi jurnalistikada fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

QAZİLƏR.AZ