“Cəbrayılda qəbirlərin dağıdılması mənzərəsini görmək çox dəhşətli idi”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Əmənullah Ceyhun bildirib.O söyləyib ki, Cəbrayılda məzarlığın məhv edildiyini görəndə emosiyalarına hakim ola bilməyib.
“Mən orada ağladım. Gedib qəbirləri qazıb cəsədləri çıxarıblar”, - deyə o əlavə edib.
Səfirin sözlərinə görə, Ermənistanın törətdikləri insanlığa sığmır.