Düşməni PUA-larla məhv edəcək 77 hərbçimiz Türkiyədən geri dönüb – FOTOLAR

Düşməni PUA-larla məhv edəcək 77 hərbçimiz Türkiyədən geri dönüb – FOTOLAR backend

Azərbaycanın 77 hərbçisi Baykar tərəfindən təşkil edilən “Bayraktar TB2” PUA operator təlimini tamamlayaraq ölkəsinə qayıdıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığına tabe olan 77 hərbçimizə 4 ay davam edən təlimlərdən sonra PUA pilotu, tapşırıq komandiri, yük operatoru və texnik kimi xidmət göstərməsi üçün məzuniyyət mərasimi keçirilib. Mərasimdə hərbçilərə sertifikat təqdim edilib.

Keşanda yerləşən Baykar Uçuş Təlim Mərkəzində gerçəkləşdirilən məzuniyyət mərasimində Baykarın baş direktoru Haluk Bayraktar və Baykar Texnologiya lideri Selçuk Bayraktar da iştirak edib.

Mərasimdə Azərbaycan tərəfindən Türkiyədəki səfirimiz Xəzər İbrahim, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya rəisi, general-mayor Namiq İslamzadə, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Hərbi Hava Qüvvələrinin polkovniki Elşad Pənahov və polkovnik Elçin Axundov iştirak edib.

Firuzə Alimova / Qazilər.az
Diaspora