Türkiyənin minatəmizləyən maşınları Azərbaycanda - Video

Türkiyənin minatəmizləyən maşınları Azərbaycanda - Video backend

Türkiyədən Azərbaycana yeni minatəmizləyən maşınları göndərilir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə istehsalı olan 20 ədəd mexaniki minatəmizləmə avadanlığının (MEMATT) ilk partiyası yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kayseridən Bakıya yola salınıb.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, bu fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəmizə gətirilib.

Texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.