Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq.Bu məqsədlə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.